\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

Ərdoğan NATO-nun Baş katibi ilə danışdı

Ərdoğan NATO-nun Baş katibi ilə danışdı
1454baxış

NATO Baş katibi Yens Stoltenberq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Baş katib tviter hesabından paylaşım edib.

“NATO sammiti ərəfəsində Prezident Ərdoğan ilə konstruktiv söhbətimiz oldu. Türkiyənin terrorizmlə mübarizədə qanuni təhlükəsizlik narahatlıqlarının aradan qaldırılmasının və Finlandiya ilə İsveçin NATO-ya üzvlük prosesində irəliləyişin əldə edilməsinin vacibliyini müzakirə etdik”, - Stoltenberq qeyd edib.