\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

AAAF parkda fəhlə 12-ci mərtəbədən yıxıldı - Bədbəxt hadisə

AAAF parkda fəhlə 12-ci mərtəbədən yıxıldı - Bədbəxt hadisə
1579baxış

Dünən AAAF Park yaşayış kompleksində bədbəxt hadisə baş verib. 

Mediapress.az "Qafqazinfo”a istinadən  xəbər verir ki, şirkətin işçisi Yusifov Arif İsrafil oğlu səhər saat 11 radələrində 12-ci mərtəbədən yıxılaraq həyatını itirib.

Məsələylə bağlı şirkətlə əlaqə saxladıq. Şirkətin mətbuat katibi Kənan Məstəliyev hadisəni təsdiqləyərək mərhumun 1 ildən çoxdur ki, rəsmi işçi kimi çalışdığını bilirib:

"Akif Yusifov artıq bir ildir ki, fəhlə kimi işləyirdi. Bütün təhlükəsizlik tədbirləri görülsə də, bədbəxt hadisə baş verib. Tikinti zamanı işçilərin başında kaskası, əynində xüsusi geyimi olub. Ancaq tikintidə bu kimi bədbəxt hadisələr baş verir. Üzülürük, ancaq əlimizdən ailənin yanında olmaqdan başqa bir şey gəlmir. Biz heç vaxt işçilərimizin ailəsini pis vəziyyətdə saxlamırıq. 

Mərhumun yas xərcləri şirkət tərəfindən ödənilib. Bundan sonra da nə lazım olsa, etməyə hazırıq”.