“ŞUŞA İLİ” filminin nümayişi zamanı ermənilər təxribat törədib - Fransada - FOTOLAR
Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Fransada fəaliyyət göstərən “ERE TV” telekanalının hazırladığı Qarabağ və Şuşa ilə bağlı “Qarabağa gedən yol” adlı filminİN nümayişi baş tutub. Fransada yaşayan erməni diasporunun radikal nümayəndələri, aktiv təxribatçı fəaliyyəti ilə tanınan FRA Nor Seround assosiasiyasının bir qrup üzvü Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edərək filmin nümayişinə mane olmağa çalışıb. Onlar “Şuşa Azərbaycan deyil”,”Qarabağ bizimdir” kimi təxribatçı şüarlar səsləndirib, Mədəniyyət Mərkəzinin binasına zərər vurmağa çalışıblar. Səfirlik fransız polisinə müraciət edib və onların bu cəhdlərinin qarşısı alınıb. Təxribatçı dəstənin əsas üzvü saxlanılıb. Qeyd edək ki, Fransada fəaliyyət göstərən FRA Nor Seround təşkilatı Daşnaksütyun partiyasının davamçıları hesab olunur.
Mediapress.az xəbər verir ki, erməni təxribatçılarının cəhdlərinə baxmayaraq, “Qarabağa gedən yol” adlı filmin nümayişi uğurla baş tutub. Film Fransa ictimaiyyətinin böyük marağına səbəb olub. Sözügedən film iyun ayının sonunda “ERE TV” telekanalında yayımlanacaq.