\
27 Dekabr 2024 - Cümə

Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb

Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb
1437baxış

Bu il Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında ölkə üzrə 40 036 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (12,1) qalıb.

Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,2 faiz, qızların xüsusi çəkisi isə 46,8 faiz olmuşdur. Körpələrdən 1 144-ü əkiz, 60-ı isə üçəm doğulanlardır