\
28 Noyabr 2024 - Cümə axşamı

Sahil Babayev bir qrup qazinin narazılığına münasibət bildirib

Sahil Babayev bir qrup qazinin narazılığına münasibət bildirib
1398baxış

"Şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin ana istiqamətidir".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir qrup qazinin narazılığına münasibət bildirərkən deyib.

O söyləyib ki, qəbul edilən qərarlar şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılmasına yönəlib: "Birincisi, onlara ödənilən müavinət, təqaüd və pensiyaların həcmi ciddi şəkildə artırıldı. Bu, 60 faizdən çoxdur. İkincisi, onların böyük əksəriyyətinə proaktiv qaydada ödənişlər təyin edildi. Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri qazilərin bir çoxunun evlərini ziyarət edərək, imkanlarını qiymətləndirib, onlara sosial ödənişlər və məşğulluqla bağlı xidmətlər göstərilib. Dövlət Tibbi Ekspertiza Komissiyasının həkimləri 6 mindən çox qazimizi xəstxanalarda, evlərində ziyarət edərək, onların tibbi vəziyyətlərini qiymətləndiriblər".

S.Babayev bildirib ki, ötən ilyarımlıq dövrdə 103 min müharibə iştirakçısına, müharibə əlilinə, şəhid ailəsinə 190 min xidmət göstərilib: "Orta hesabla hər ay 10 mindən çox xidmət göstərilib. Onların sosial ödənişləri təmin edilib. Onların sosial ödənişləri digər kateqoriyalarda olanlardan təqribən 2 dəfə çoxdur. Onlardan 6 minə yaxını özünəməşğulluq proqramına cəlb edilib, 5 mindən çoxu işə düzəlib, 3500-ü mənzillə təmin edilib. Proqramların hamısı davam edir. Dövlətin qayğısı, dəstəyi genişdir və geniş şəkildə də davam edəcək".