\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Maliyyə çatışmazlığı “Exo” qəzetinin sonunu gətirdi

Maliyyə çatışmazlığı “Exo” qəzetinin sonunu gətirdi
1442baxış

“Exo” qəzeti fəaliyyətini dayandırır. 

Mediapress.az xəbər verir ki, bu barədə APA-ya “Exo” qəzetinin baş redaktorunun birinci müavini Ruslan Manafov məlumat verib.

O bildirib ki, qəzet fəaliyyətini mayın 26-na kimi davam etdirəcək: “Qəzetin sonuncu nömrəsi mayın 26-da işıq üzü görəcək”.

R. Manafov qəzetin bağlanmasına son dövrlər yaranmış maliyyə çətinliklərinin və baş redaktor Rauf Talışinskinin vəfatının səbəb olduğunu qeyd edib.

Qeyd edək ki, “Exo” qəzetinin baş redaktoru Rauf Talışinski mayın 8-də vəfat edib.