\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
1467baxış

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub. Dövlət başçısına Müstəqillik abidəsi barədə məlumat verilib.

Sonra prezidentlər xatirə şəkli çəkdiriblər.