MEDİA ilə Özbəkistanın KİV Agentliyi arasında memorandum imzalandı - FOTO
1510
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində Daşkənddə iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb.
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu” imzalanıb. Memorandumu Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin İcraçı-direktoru Əhməd İsmayılov və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev imzalayıblar.