BQXK-nın Azərbaycan Nümayəndəliyinə yeni rəhbər təyin olunub
1521
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub.
Bu vəzifəyə daha öncə xanım Draqana Kojiç təyinat alıb.
Bildirilib ki, o, bu postda səlahiyyətləri başa çatmaqda olan Arian Baueri əvəzləyib.
BQXK-nın Azərbaycandakı nümayəndəliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, D.Kojiç hazırda qurumun Pakistandakı nümayəndəliyinin rəhbəridir. Avqustun 1-dən isə Azərbaycanda rəsmi şəkildə fəaliyyətə başlayacaq.