\
28 Noyabr 2024 - Cümə axşamı

Britaniya ukraynalı qaçqın uşaqları yeni qaydalarla qəbul edəcək

Britaniya ukraynalı qaçqın uşaqları yeni qaydalarla qəbul edəcək
1565baxış
Britaniya Ukraynadan olan uşaqların valideynlərinin müşayiəti olmadan ölkəyə daxil olmasına icazə verəcək.

 
Bakupost.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
 
Böyük Britaniya azyaşlı qaçqınların qəbulu ilə bağlı yeni qaydalar elan edə bilər. Bu da 18 yaşına çatmamış ukraynalıların ölkəyə müşayiət edilmədən gəlməsinə icazə verəcək.
Belə ki, 18 yaşınadək olan şəxslərin valideynlərinin və ya qəyyumlarının yazılı icazəsi ilə qəbul edilməsi nəzərdə tutulur.
 
Böyük Britaniya Daxili İşlər Nazirliyinin sözçüsü elanın 22 iyun çərşənbə günü verildiyini təsdiqləyib, lakin təfərrüatı açıqlamayıb.
 
Britaniya hökuməti bildirib ki, iyunun 13-nə kimi Ukraynadan ölkəyə ümumilikdə 77 min nəfər gəlib.