\
28 Noyabr 2024 - Cümə axşamı

Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis ediləcək

Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis ediləcək
1766baxış

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olan bir çox müsəlman ölkələri ilə də sıx əməkdaşlıq edir. Bununla əlaqədar dövlət başçısı bu günlərdə Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis ediləcəyini məmnunluqla vurğulayıb.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanı qəbul edərkən danışıb.

Prezident İlham Əliyev həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib.

Dövlət başçısı işğal illərində ermənilər tərəfindən tarixi və mədəni abidələrimizin, o cümlədən məscidlərimizin vəhşicəsinə darmadağın edildiyini bildirərək bunu xalqımıza qarşı mədəni soyqırımı, bütün müsəlman ölkələrinə qarşı təhqir kimi dəyərləndirib.