\
28 Noyabr 2024 - Cümə axşamı

Polşada Ümumdünya Şəhər Forumu işə başlayıb

Polşada Ümumdünya Şəhər Forumu işə başlayıb
1502baxış

Polşanın Katovitsa şəhərində Ümumdünya Şəhər Forumunun (WUF11) XI sessiyası işə başlayıb. Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edir.

“Report” xəbər verir ki, BMT-nin Yaşayış Məskənləri Proqramının təşkil etdiyi bu nüfuzlu beynəlxalq konfrans şəhər və yaşayış məskənlərinin inkişafına həsr olunub.

WUF11-in şüarı isə “Şəhərlərimizi daha yaxşı gələcək üçün dəyişdirmək”dir. Forum tarixdə ilk dəfədir ki Mərkəzi Avropada təşkil edilir.

Qeyd edək ki, Ümumdünya Şəhər Forumunda 6 əsas mövzu müzakirə ediləcək: ədalətli şəhərlər, ​şəhərlərin yaşıl gələcəyi, ​innovasiya və texnologiya, ​şəhərlərin dayanıqlılığının yüksəldilməsi, ​şəhərlərin planlaşdırılması və idarə edilməsi, ​iqtisadiyyatın gələcəyi və bələdiyyələrin maliyyə məsələsi.

Bundan başqa, Ukraynadakı müharibə ilə əlaqədar Polşanın xahişi ilə proqramda müharibədən sonra şəhərlərin bərpası mövzusu da yer alıb.

WUF11 iyunun 30-da başa çatacaq.