Dənizdə batan gənc tələbə imiş... - Fotolar
1540
İyunun 24-də Sumqayıtda dənizdə batan gəncin tələbə olduğu müəyyənləşib.
"Qafqazinfo"nun məlumatına görə, 2003-cü il təvəllüdlü Bəylərov Eldar Qoşqar oğlu Gürcüstan universitetlərinin birində diş həkimliyi üzrə təhsil alırmış.
Əslən Laçından olan 19 yaşlı gənc ötən gün dəfn olunub.
Qeyd edək ki, hadisə "Gəmiqaya" restoranının yaxınlığında baş verib. Gəncin batmasından sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdu.