Belçikada COVID-19-a yoluxma halı artıb
1503
Belçikada koronavirus infeksiyası diaqnozu ilə gündəlik xəstəxanaya yerləşdirmələr bir həftə ərzində 32% artıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Belçikanın “Sciensano” İctimai Səhiyyə İnstitutu məlumat yayıb.
Bundan başqa, ölkədə COVID-19-a yoluxma halı isə ötən həftə ilə müqayisədə 38% artıb.
Qeyd edək ki, Belçikada iyunun 21-dən 28-dək hər gün orta hesabla koronavirus infeksiyası diaqnozu ilə xəstəxanalara, təxminən, 101 şəxs daxil olub. Ümumilikdə, 1283 nəfər xəstəxanaya, o cümlədən 72 nəfər reanimasiya şöbələrinə yerləşdirilib.