\
28 Mart 2024 - Cümə axşamı

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının açılış mərasimi keçirilib

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının açılış mərasimi keçirilib
1700baxış

Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, konfransın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydaları müəyyənləşib.

Konfransda təşkilatın rəsmi loqosu və bayrağı təsdiqlənib.

Daha sonra Bakı Bəyannaməsi qəbul olunub, Azərbaycan parlamentinin sədri Şəbəkənin qarşıdakı 3 il üçün sədri seçilib.