\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Azərbaycan respublikasının prezidenti Kuba rəhbərliyinə başsağlığı verdi

Azərbaycan respublikasının prezidenti Kuba rəhbərliyinə başsağlığı verdi
1396baxış

Azərbaycan respublikasının prezidenti Kuba rəhbərliyinə başsağlığı verib.

Medipress.az AzerTac-a istinadən xəbər verir ki, İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Zati-aliləri cənab Migel Dias-Kanel Bermudesə məktub ünvanlayıb.

Məktubda deyilir:

Hörmətli cənab Sədr,

Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.