\
27 Noyabr 2024 - Çərşənbə

Rusiyada taxtadan hündür binalar tikiləcək - Yeni QƏRAR

Rusiyada taxtadan hündür binalar tikiləcək - Yeni QƏRAR
1463baxış
Rusiyanın Tikinti Nazirliyi 2024-cü ildən taxta konstruksiyalı hündürmərtəbəli yeni binaların tikintisinə başlayacaq.
 
Taxtadan evtikmə Assosiayası ilə birgə iş barədə sənəd artıq hazırdır.
 
Rusiya tikinti sferasında taxtadan konstruksiyaların genişləndirilməsində maraqlıdır.
 
"Bizim ölkəmiz tikintidə taxta konstruksiyaların istifadəsində qədim, zəngin təcrübəyə malikdir. Rusiyanın simvolu Kreml də əvvəl taxtadan tikilmişdi.
 
 
Meşə təsərrüfatı ilə zəngin Rusiya bu tikinti sferasını xammalla təmin etmək gücünə malikdir.
 
 
Ona görə də hökumət bazarın tələbatını nəzərə alaraq, taxtadan binaların tikilməsinin texniki göstəricilərini qanunvericilikdə bir daha nəzərdən keçirəcək", - deyə nazir İrek Fayzulin deyib.
 
 
Taxtadan binaların daş və betondan olduğu kimi 12-18 mərtəbəli olacağı gözlənilir.