\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Millət vəkili BÜM-dəki vəzifəsindən uzaqlaşdı - Rəsmi açıqlama

Millət vəkili BÜM-dəki vəzifəsindən uzaqlaşdı - Rəsmi açıqlama
1829baxış

Rəşad Mahmudov Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində fəaliyyət göstərən Bakı Ürək Mərkəzində tutduğu vəzifədən uzaqlaşıb. 

Mediapress.az adıçəkilən doktorun qəbul otağı ilə əlaqə saxlayıb. Orada fakt təsdiqlənib və  bildirilib ki, R.Mahmudovun BÜM ilə müqaviləsi 18 may tarixində bitib. Hələlik doktorun peşəkar fəaliyyətini hansı klinikada davam etdirəcəyi bilinmir.

Qeyd edək ki, millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Səhiyyə naziri vəzifəsinə ən iddialı namizədlərdən biri kimi qiymətləndirilir.

Xatırladaq ki, R,Mahmudov 18 yanvar 1974-cü ildə Astarada anadan olub.