Hücuma məruz qalan Yaponiyanın sabiq baş naziri öldü
1481
Yaponiyanın sabiq baş naziri Şinzo Abe hücuma məruz qaldıqdan sonra yerləşdirildiyi xəstəxanada vəfat edib.
Trend-in məlumatına görə, həkimlər bütün səylərə baxmayaraq, sabiq nazirin həyatını xilas edə bilməyib.
Xatırladaq ki, Ş.Abe seçkiqabağı kampaniya çərçivəsində çıxışı zamanı odlu silahdan hücuma məruz qalıb.
Hücumda şübhəli bilinən 41 yaşlı keçmiş hərbmi Yamaqami Tetsuya hadisə yerində polis tərəfindən saxlanılıb.