\
27 Noyabr 2024 - Çərşənbə

Bahar Muradova “Vətəndaşların Qəbulu Mərkəzi”nin iş mexanizmi ilə tanış olub

Bahar Muradova “Vətəndaşların Qəbulu Mərkəzi”nin iş mexanizmi ilə tanış olub
1536baxış
Dövlət Komitəsinin sədri Bahar Muradova Hökumət evində yeni fəaliyyətə başlayan “Vətəndaşların Qəbulu Mərkəzi”nin iş mexanizmi ilə yaxından tanış olub.
Mediapress.az-ın məlumatına görə, komitə Sədrinə Mərkəzdə Hökumət evində yerləşən bütün dövlət orqanlarına vahid məkanda müraciət etmək imkanı yaradıldığı barədə məlumat verilib.
Mərkəzdə fəaliyyət göstərən dövlət orqanlarının sırasında İnsan Hüquqları üzrə Müvəkkil, İqtisadiyyat, Energetika, Mədəniyyət və Kənd Təsərrüfatı Nazirlikləri, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC yer alır.
Vətəndaşların Qəbulu Mərkəzində müasir avadanlıqlarla təchiz olunmuş ümumi qəbul sahəsi, video-qəbul otaqları, aidiyyəti üzrə məsul şəxslər tərəfindən qəbul prosesi üçün ayrılmış xüsusi otaqlar, həmçinin ana-uşaq otağı, həkim və psixoloq fəaliyyət göstərir. Mərkəzdə qeyd edilən qurumların mütəxəssisləri ilə yanaşı, könüllülər də qəbula gələn vətəndaşlara köməklik göstərirlər.
Komitə Sədri qəbul prosesi zamanı vətəndaşların problemlərini dinləyib, onların aradan qaldırılması ilə bağlı tövsiyələrini verib.
Qeyd edək ki, Mərkəz dövlət qurumları tərəfindən vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədi ilə yaradılıb.