\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Ərdoğana sui-qəsd hazırlanıbmış

Ərdoğana sui-qəsd hazırlanıbmış
1400baxış

Türkiyə xüsusi xidmət qurumları prezident Rəcəb Tayyip Ərdoğana mümkün sui-qəsd hazırlandığını müəyyənləşdirib. İnsidentin prezidentin Balkan ölkələrinə səfəri zamanı baş verə biləcəyi bildirilir. APA-nın xəbərinə görə, TRT telekanalı öz mənbələrinə istinadən bildirib ki, sui-qəsdin hazırlanması barədə məlumatı ilk olaraq Makedoniya kəşfiyyatı Skopyedə yaşayan türklərdən əldə edib.       

Məlumata görə, sui-qəsd Türkiyə əsilli şəxslər tərəfindən hazırlanıb.

Sui-qəsdin mümkün tarixi və yeri barədə məlumatın olmadığı bildirilir.

Mediapress.az