\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

Abşeronda iki avtomobil toqquşub, sürücülərdən biri ölüb

Abşeronda iki avtomobil toqquşub, sürücülərdən biri ölüb
1354baxış

İyulun 12-də saat 15 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini Əhməd Sərdarovun idarə etdiyi “Kia” və Sumqayıt şəhər sakini M.Əbişovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən Mediapress.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən Ə.Sərdarov orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.