\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

Bakıda qamışlıq ərazidəki yanğın söndürülüb - YENİLƏNİB

Bakıda qamışlıq ərazidəki yanğın söndürülüb - YENİLƏNİB
1355baxış

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Mediapresss.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

İlkin məlumata əsasən, təqribən 1 ha qamışlıq ərazi yanıb.

Əlavə məlumat veriləcək.