\
27 Noyabr 2024 - Çərşənbə

Paytaxtda qanunsuz tikinti söküldü - RƏSMİ - Foto

Paytaxtda qanunsuz tikinti söküldü - RƏSMİ - Foto
1394baxış

Xəbər verildiyi kimi, ötən gün sosial şəbəkədə Nərimanov rayonu Təbriz küçəsində, “Metropark” Ticarət Mərkəzinin yaxınlığında yeni yaşayış binası tikintisi zamanı binanın qarşısının genişləndirilməsi və səkinin zəbt edilməsi barədə məlumat yayılmışdı.  

Nərimanov Rayon İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, məsələyə operativ şəkildə reaksiya verilib.  

Bildirilib ki, rayonun kommunal xidmətləri tərəfindən həmin əlavə tikinti sökülüb, hazırda ərazi təmizlənir, tikinti materialları daşınır. 

Mediapress.az