Sabirabadda qazinin özünü yandırması ilə bağlı araşdırma aparılır - Rəsmi
1663
Sabirabadda qazi Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Mediapress.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, 1987-ci il təvəllüdlü Sabirabad rayonu, Qalağayın kənd sakini Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi E.Cəfərov vəfat edib.