\
27 Noyabr 2024 - Çərşənbə

Tarif Şurasından metroda gediş haqqının artırılması ilə bağlı AÇIQLAMA

Tarif Şurasından metroda gediş haqqının artırılması ilə bağlı AÇIQLAMA
1410baxış

“Metroda xidmət haqqının dəyişdirilməsi ilə bağlı məsələ hazırda Tariş Şurasında müzakirə olunmur”.  

Bu sözləri İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib.  

Onun sözlərinə görə, metroda gediş haqqının artırılması ilə bağlı məsələ hazırda gündəmdə deyil.  

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC gediş haqqına yenidən baxılması barədə aidiyyəti qurumlara, o cümlədən Tarif (Qiymət) Şurasına müraciət ünvanlamadığı barədə açıqlama yayıb.