Ötən gün özünü asan gömrükçünün VİDEOSU
1445
ötən gün Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli özünü asaraq intihar edib.
Bir müddət əvvəl Real TV-nin efirində onun müsahibəsi yayımlanıb.
Astara Gömrük postundan hazırlanan materialda inspektor Sahil Muradov və rəis müavini Əli Cahangirli gördükləri iş barədə məlumat veriblər.
Həmin görüntüləri təqdim edirik:
Xatırladaq ki, Ə. Cahangirli 12 il gömrük sistemində çalışıb. İşlə bağlı hansısa problemi olmayıb.
Baş verən hadisə Astara rayon prokurorluğunda araşdırılır.