\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

23 yaşlı gənc xəstəxanalıq oldu - ŞƏKİDƏ

23 yaşlı gənc xəstəxanalıq oldu - ŞƏKİDƏ
1437baxış

Mayın 19-u axşam saat 18:30 radələrində Şəki şəhəri, Arif  Abdullazadə küçəsi ev 24 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Elvin Fikrət oğlu Cəlalov kəllə-beyin travması, alın və burnunun əziyi xəsarətləri  ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

23 yaşlı Elvin Cəlalov Şəki şəhər daxilində  marşrut üzrə hərəkət edən mikroavtobusdan düşüb yolu keçmək istəyən zaman onu minik maşını vurub.

Xəstəxanadan APA-ya Elvin Cəlalovun vəziyyətinin orta-ağır olduğu bildirilib. (apa)

Mediapress.az