\
27 Noyabr 2024 - Çərşənbə

Azərbaycanda sosial və işsizlikdən sığorta daxilolmaları proqnozu üstələyib

Azərbaycanda sosial və işsizlikdən sığorta daxilolmaları proqnozu üstələyib
1430baxış

Bu ilin I yarısında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 225,6 milyon manat, işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 77,4 milyon manat təşkil edib.

Mediapress.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bunlar, proqnozdan müvafiq olaraq 11,9% və 17,9% çoxdur.