\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Şəmkirdə yanğının böyüməsinin qarşısı alındı

Şəmkirdə yanğının böyüməsinin qarşısı alındı
1351baxış

Dünən axşam saatlarında Şəmkirdə böyük bir yanğının qarşısı alınıb.

Mediapress.az FHN-ə istinadən xəbər verir ki, Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində ümumi sahəsi 260 m2 olan kürsülü birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə və 1 otağının yanar konstruksiyaları 52 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.