\
20 Aprel 2024 - Şənbə

Nabranda qidadan zəhərlənən şəxslərin kimliyi bəlli oldu

Nabranda qidadan zəhərlənən şəxslərin kimliyi bəlli oldu
1440baxış

Gecə saatlarında Xaçmaz rayon mərkəzi xəstəxanasına müraciət edən 5 nəfər - Ağsu rayon sakini, 9 yaşlı Elçin Cabbarlı, Bakı sakini, 7 yaşlı Tuncay Əsədli, Şəmkir rayon sakini, 7 yaşlı Yamin Yəhyayev, Bakı sakini, 15 yaşlı Mehmet Kahveçi, Gəncə sakini, 13 yaşlı Surxay Məmmədzadə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Daha 5 nəfər - Bakı sakini, 30 yaşlı Sevda Cəfərova, onun qızı Arzu Cəfərova, 12 yaşlı Bakı sakini Nərmin Məmmədzadə, 14 yaşlı Bakı sakini Gülay Məmmədzadə bu gün evə buraxılıb.

Məlumatı Xaçmaz rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Rəhimə Şirinova verib.