\
27 Noyabr 2024 - Çərşənbə

Bakı Limanında Amerikalı investorların iştirakı müzakirə edilib

Bakı Limanında Amerikalı investorların iştirakı müzakirə edilib
1468baxış

ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin ("Caspian Policy Center") üzvləri Bakı Limanına səfər edib.

Mediaress.az bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində Bakı Limanının 2-ci inkişaf mərhələsinə Amerikalı investorların və bizneslərinin iştirakı müzakirə edilib.

Nümayəndə heyətinin tərkibinə təşkilatın baş icraçı direktoru Əfqan Nİfti, “İrs” fondunun vitse-prezidenti Ceyms Karafano və elmi işçisi Entoni Kim daxil olub. Görüş zamanı qonaqlara yükdaşımaların həcminin artırılması və Şərq-Qərb ticarətini birləşdirən regional qovşaq kimi Bakı Limanının oynadığı mühüm rol barədə məlumat verilib.

İştirakçılarla logistika və qlobal ticarətdə “Orta Dəhliz”in strateji əhəmiyyəti barədə məlumatlılığın artırılması üçün birgə tədqiqat layihələrinin həyata keçirilməsi üçün razılıq əldə edilib.