\
25 Aprel 2024 - Cümə axşamı

Bakıda avtobus yanıb

Bakıda avtobus yanıb
1432baxış

Bu gün saat 12:00 radələrində Salyan şosessinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində "BMH" MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01 BS 785 DQN-li avtobusun mühərriki yanıb.

Bu barədə Mediapress.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

"Yanğın avtobus yaranmış texniki nasazlıqla əlaqədar xətdən kənarlaşdırılaraq qaraja yollanan zaman baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtobus yararsız hala düşüb", - məlumatda deyilir.