II İlya: "Gürcüstan və Azərbaycan ağır günləri bir yerdə keçib"
1471
Gürcüstan və Azərbaycan çətin və ağır günləri bir yerdə keçib".
Mediapress.az-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə deyib.
Onun sözlərinə görə, hər iki dövlət və xalq bütün çətinliklərin öhdəsindən gələ bilib, ümumi rifah naminə əsas məqsədlərə nail olunub.
Patriarx QMİ sədri ilə görüş fürsətindən şad və xoşbəxt olduğunu bildirib. O, şeyxülislamdan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya salamlarını çatdırmasını xahiş edib.
II İlya Azərbaycanın dövlət başçısını şəxsən tanıdığını, onunla dostluq əlaqələrinin olduğunu və bir neçə dəfə görüşdüyünü böyük məmnunluqla qeyd edib.