\
27 Noyabr 2024 - Çərşənbə

İşğaldan azad edilən ərazilərimizə böyük qayıdışın növbəti köçü baş tutub

İşğaldan azad edilən ərazilərimizə böyük qayıdışın növbəti köçü baş tutub
1459baxış

İşğaldan azad edilən ərazilərimizə böyük qayıdışın növbəti köçü baş tutub.

Mediapress.az-ın bölgə müxbiri xəbər verir ki, Zəngilanın Ağalı kəndindən olan daha 10 ailə (48 nəfər) bu gün öz doğma torpaqlarına köçürülüb. Sakinləri Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb.

Sakinlərə doğma ocaqlarına qayıtmaları münasibətilə göz aydınlığı verilib. Onların yaşayışı üçün kənddə hər cür şəraitin yaradıldığı bildirilib.