\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

İmişlidə yanğının böyüməsinin qarşısı alındı

İmişlidə yanğının böyüməsinin qarşısı alındı
1385baxış

Bu gün səhər saatlarında İmişlidə yanğının böyüməsinin qarşısı alınıb.

Mediapress.az FHN-nin məlumatına əsasən xəbər verir ki, İmişli rayonu Qaralar kəndində ümumi sahəsi 140 m2 olan ikimərtəbəli 4 otaqlı evin tavanı (qamışdan ibarət) və dam örtüyünün yanar konstruksiyaları 70 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.