\
27 Noyabr 2024 - Çərşənbə

BMT Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracı üzrə işçi qrupu yaradacaq

BMT Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracı üzrə işçi qrupu yaradacaq
1440baxış

Birləşmiş Millətlər Təşkilatı maliyyə, sığorta və logistika məsələlərində Rusiya Federasiyasından kənd təsərrüfatı məhsullarının ixracı üzrə özəl sektor və dövlətlərlə koordinasiya etmək üçün işçi qrupu yaradacaq.

Mediapress.az xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq keçirdiyi brifinqdə bildirib.

“BMT üzv ölkələri və özəl sektoru dəstəkləmək və əlaqələndirmək üçün inkişaf üzrə işçi qrupu yaradacaq. O, əsasən maliyyə, logistika və sığorta sektorlarında sanksiyaların həddən artıq icrası nəticəsində yaranan qida və gübrə ticarətində pozuntularla mübarizəyə diqqət yetirəcək”, - Haq əlavə edib.