\
27 Noyabr 2024 - Çərşənbə

Kilian Mbappeyə görə Avropa məhkəmələrinə müraciət olunacaq

Kilian Mbappeyə görə Avropa məhkəmələrinə müraciət olunacaq
1491baxış

Futbol üzrə İspaniya La Liqasının nümayəndələri Fransa millisinin hücumçusu Kilian Mbappenin PSJ ilə bu ilin mayında imzaladığı yeni müqavilənin ləğvi üçün Paris inzibati məhkəməsinə müraciət edib.

Mediapress.az AFP-yə istinadən xəbər verir ki, vəsatət təcili xarakter daşımadığından təmin olunmayıb.

İspaniya tərəfinin hüquqlarını müdafiə edən vəkili Xuan Branko bildirib ki, ilk cəhdləri güclü müqavimətlə qarşılaşsa da, bu, hələ başlanğıcdır: "Bir neçə ay sonra Avropa məhkəmələrinə müraciət ünvanlayacağıq".

Qeyd edək ki, Kilian Mbappe ötən mövsümün sonunda İspaniya "Real Madrid"i ilə anlaşsa da, sonradan PSJ ilə müqavilənin müddətini daha 2 il uzadıb.