\
27 Noyabr 2024 - Çərşənbə

Türkiyə Rusiyaya xəbərdarlıq edib

Türkiyə Rusiyaya xəbərdarlıq edib
1434baxış

“Ukraynanın Odessa şəhərinə olan hücum bizi narahat etdi. Belə hücumlar təkrarlanmamalıdır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100”ə müsahibəsində deyib.

“Ümid edirik ki, proseslər problemsiz davam edəcək. Biz də bunun üçün töhfəmizi verəcəyik. Bunu təkcə özümüz üçün yox, bütün dünya üçün edirik. Proseslərin problemsiz davam etməsi hər iki tərəfin xeyrinədir. Əks halda ciddi problemlər yarana bilər. Əgər proseslər uğurlu davam etsə, bəlkə də, bu, sülhə səbəb olacaq”, - o söyləyib.

Nazir bildirib ki, tərəflərin diplomatiya masası arxasna oturmaları üçün Türkiyənin təşəbbüsləri davam edəcək: "Nə Rusiya, nə Ukrayna masaya zəif formada oturmaq istəməz. Amma onların eyni gücdə olması da mümkünsüzdür. Təəssüf ki, müharibənin uzanmasını istəyənlər var. Hətta "Taxıl sazişinə"də mane olmaq istəyirdilər".(report)