\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

3 maşın toqquşdu, 3 qadın xəsarət aldı - Gəndob-Yalama yolunda

3 maşın toqquşdu, 3 qadın xəsarət aldı - Gəndob-Yalama yolunda
1517baxış

Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

Mediapress.az APA-nın şimal bürosunun verdiyi məlumata əsasən xəbər verir ki, 3 maşının toqquşması nəticəsində 3 qadın xəsarət alıb.

Onlar Bakı şəhər sakinləri, 1957-ci il təvəllüdlü Zülfüqarova Tahat Mehdi qızı, 2004-cü il təvəllüdlü Camayeva Xədicə Fuad qızı və 1982-ci il təvəllüdlü Zülfüqarova Aida Pirmurad qızıdır. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.