\
26 Aprel 2024 - Cümə

ABŞ generalı Azərbaycan Ordusunun hərbi hissəsinə baş çəkib

ABŞ generalı Azərbaycan Ordusunun hərbi hissəsinə baş çəkib
1387baxış

ABŞ ilə Azərbaycan arasında ikitərəfli hərbi əməkdaşlığa və "Ştatla Tərəfdaşlıq Proqramı"na dəstək çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığının Quru Qoşunları Milli Qvardiyası komandanının müavini general-mayor Maykl Vikmanın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissə və Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.

Bu barədə Mediapress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tərəflər arasında keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, eləcə də Oklohoma ştatı ilə "Ştatla Tərəfdaşlıq Proqramı"nı əhatə edən fəaliyyətlər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.