Azərbaycanlı bacılar Almaniyada qızıl medal qazandılar - FOTOLAR
1751
23 iyul 2022-ci ildə Frankfurt şəhərində yerləşən Höte adına Frankfurt Universitetində Beynəlxalq Stem Olimpiadası keçirilib. 15 ölkə və 225 iştirakçı arasında keçirilən yarışma riyaziyyat, təbiət elmləri və kodlaşma kateqoriyaları üzrə olub.
Ümumilikdə olimpiadada Azərbaycan 31 qızıl medal, 23 gümüş medal, 29 bürünc medal və 16 həvəsləndirici medal əldə edib. Sevindirici haldır ki, medala layiq görülənlər arasında iki həmyerlimiz də var.
Mediapress.az-ın məlumatına görə, azərbaycanlı şagird - Zeynəb Allahverdiyeva olimpiadada 2 qızıl medal, bacısı Əzizə isə bir medal qazanıb.
Hər ikisini təbrik edirik!