\
29 Mart 2024 - Cümə

Kliniki Tibbi Mərkəzdə istiqamətverici məlumat lövhələr quraşdırılıb - FOTOLAR

Kliniki Tibbi Mərkəzdə istiqamətverici məlumat lövhələr quraşdırılıb - FOTOLAR
1554baxış
Kliniki Tibbi Mərkəzin (KTM) kifayət qədər böyük əraziyə malik olmasını və xidməti korpusların sayının çoxluğunu nəzərə alaraq yeni istiqamətverici məlumat lövhələri, o cümlədən, Mərkəzin brendinqinə uyğun olaraq korpusların adlarını əks etdirən yazılar quraşdırılıb.
 
Mediapress.az-ın məlumatına görə, vətəndaşların rahatlığının təmin edilməsi məqsədi ilə yaradılan bu şərait imkan verəcək ki, hər kəs müraciət edəcəyi tibbi şöbə və ya bölmələri rahatlıqla tapa bilsin və onlar üçün əlavə vaxt itkisinin qarşısı alınsın. Artıq KTM-in bütün korpuslarında, tibbi və qeyri-tibbi bölmələrində bu cür məlumat lövhələrinə rast gəlmək mümkündür.
 
Məlumat lövhələri və yazılar tək Kliniki Tibbi Mərkəzdə deyil, həm də Mərkəzin tabeliyindəki digər xəstəxanalarda da quraşdırılıb.