\
23 Aprel 2024 - Çərşənbə axşamı

Tehranda sakinlərə xəbərdarlıq edildi! - "Evlərinizi tərk edin!"

Tehranda sakinlərə xəbərdarlıq edildi! - "Evlərinizi tərk edin!"
1486baxış
Mediapress.az xarici mətbuata istinadən xəbər verir ki, İranın paytaxtı Tehranda ötən gecə yağan güclü yağış daşqınlara səbəb olub.
 
İran Fövqəladə Xidmətlər Agentliyinin prezidenti Cafer Miyadfer verdiyi açıqlamada, “Tehranın İmamzadə Davud bölgəsində yerli vaxtla gecə saat 01:30 radələrində daşqın baş verib. Sel nəticəsində 4 nəfər həyatını itirib, 9 nəfər yaralanıb”, - deyə bildirib. 
 
Bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Miyadfer, "digər insanların itkin düşmə ehtimalına baxmayaraq, axtarış-xilasetmə işlərimiz davam edir", - əlavə edib. İHA-nın xəbərinə görə, Tehran polisi seldən zərər çəkmiş bölgədə insanları evlərini tərk etməyə çağırıb. Güclü yağışların günortadan sonra yenidən davam edəcəyi gözlənilir.

İran’da sel felakete dönüştü #1

 

İran’da sel felakete dönüştü #2

 

İran’da sel felakete dönüştü #3

 

İran’da sel felakete dönüştü #4