6 saylı doğum evində ölmüş körpəni belə qaçırdılar - Anbaan GÖRÜNTÜLƏR
1481
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum Evi) 26 günlük körpənin ölümündən sonra pediatr Nigar Şahbazova tərəfindən təcili xəstəxanadan çıxarılması ilə bağlı xəbər vermişdik.
Ailənin iddiasına görə, özlərinin razılığı olmadan Nigar Şahbazova sürücü ilə birgə ölən körpəni xəstəxananın arxa qapısından çıxararaq adi avtomobillə müəmmalı şəkildə harasa aparırmış. Buna mane olan ailə ilə həkim arasında insident yaşanmışdı.
Mediapress.az xəbər verir ki, ailə Bizim.Media-ya həmin insidenti əks etdirən videogörüntü təqdim edib.
Qeyd edək ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) ginekoloqu Nailə Şahbazovanın xəstəsi olan 1990-cı il təvəllüdlü Züleyxa Əkbərova iyunun 30-da 3 kilo 300 qram çəkidə oğlan uşağı dünyaya gətirib.
Ailənin iddiasına görə Nailə Şahbazovanın səriştəsizliyi səbəbindən körpə doğuş zamanı başından zədə və ağır travmalar alıb.
Halbuki 9 ay müddətində nə ananın, nə də körpənin səhhətində hər hansı narahatlıq olub. Bu azmış kimi 26 gün komadan ayılmayan körpənin vəziyyəti ilə bağlı ailə məlumatlandırılmayıb.
Üstəlik ötən gün körpə öldükdən sonra nəşi sözügedən xəstəxananın pediatrı Nigar Şahbazova tərəfindən xəstəxanadan təcili surətdə çıxarılıb. Cəsədin ailənin izni olmadan məqsədli və tələm-tələsik ekspertizaya aparıldığı iddia olunur.