\
27 Noyabr 2024 - Çərşənbə

Gürcüstanda Azərbaycanla sərhəddə iki zəlzələ olub

Gürcüstanda Azərbaycanla sərhəddə iki zəlzələ olub
1419baxış

Gürcüstanda Azərbaycanla sərhəd yaxınlığında iki zəlzələ baş verib. Bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

İlk yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 03:48-də qeydə alınıb, maqnitudası 4,3 bal təşkil edib.

Saat 10:39-da eyni ərazidə baş vermiş növbəti zəlzələnin gücü isə 4 bal olub.

Dağıntı və xəsarət barədə hələlik məlumat yoxdur. (report)