\
26 Aprel 2024 - Cümə

Ukrayna İtaliyadan yeni silahlar alacaq

Ukrayna İtaliyadan yeni silahlar alacaq
1382baxış

İtaliya ilin sonuna qədər Ukraynaya zirehli texnika, pulemyot və sursatların daxil olduğu yeni silahlar göndərəcək.

Bu barədə “Report” “La Repubblica” nəşrinə istinadən xəbər verir.

Qeyd olunur ki, İtaliya artıq Ukraynaya bir neçə 155 mm-lik artilleriya qurğusu göndərib. Kiyev onların sayını artırmaq, həmçinin İtaliyadan çox sayda reaktiv yaylım atəşi sistemi almaq istəyir.

Bildirilir ki, İtaliya bu il hərbi xərclərini 18 milyard avroya çatdıracaq. Ötən il ölkənin hərbi xərcləri 16,8 milyard avro olub.