\
29 Mart 2024 - Cümə

LED ekran rəqqasların üzərinə düşdü - ANBAAN VİDEO - FOTOLAR

LED ekran rəqqasların üzərinə düşdü - ANBAAN VİDEO - FOTOLAR
1187baxış
Honq-Konqun Mirror qrupunun konserti zamanı bədbəxt hadisəyaşanıb. Belə ki, qrup üzvlərinin çıxışı zamanı səhnənin üstündən asılan LED ekranlardan biri düz rəqqasların üzərinə düşüb. Qəza zamanı 2 nəfər yaralanıb. Onlar dərhal "Kraliça Elizabet" adına  xəstəxanaya yerləşdiriblər.
 
Mediapress.az xarici mətbuata istinadən xəbər verir ki, rəqqaslardan birinin səhhəti ağır, digərininki isə stabildir. Daha iki nəfər isə baş vermiş hadisənin şokundan hələ də ayılmayıb.
 
Qeyd edək ki, baş vermiş xoşagəlməz hadisə ilə əlaqədar konsert yarıda saxlanılıb və polis əməkdaşlarının səyi nətiəsində tamaşaçılar hadisə yerindən kənarlaşdırılıblar. 
 
Günel Aylin