\
19 Aprel 2024 - Cümə

Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"

Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
1354baxış

“İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir. Çünki məqsəd ixtisar etmək və yaxud kimisə işdən çıxarmaq deyil”.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.

O bildirib ki, uzunmüddətli inkişaf elmsiz mümkün deyil, bu səbəbdən ixtisarlar baş verməyəcək.

E.Əmrullayev qeyd edib ki, nazirliyin daxilində koordinasiya qurumları ola bilər:

"Nazirliyin Kollegiyasında da elm tərəfindən olan insanların təmsilçiliyi olduqca vacibdir”.