“Sabahdan məclislərimiz başlayır, bunlar saat 21:15-də olacaq”.
Mediapress.azxəbər verir ki, bu sözləri "BakuTV"yə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Məhərrəm ayı ilə bağlı keçiriləcək məclislərlə bağlı məlumat verərkən deyib.
O qeyd edib ki, məclislər axşam saatlarında keçirildiyi üçün səsgücləndiricilərin səsi çölə verilməyəcək:
“Həyətdə dayanmaq, sinə vurmaq qadağan deyil. Məclis canlı olaraq yayımlanacaq, qatıla bilməyənlər evlərindən izləyə bilərlər”.